...

Onurğanın bərpasında ilk dəfə ayaq sümüklərindən istifadə edildi

Maraqlı Materials 10 Dekabr 2012 17:14 (UTC +04:00)
Bu yaxınlarda 5 yaşlı Rozi Devis üzərində inqilabi əməliyyat aparılıb. Həkimlər qızın ayaq sümüklərindən istifadə etməklə onun onurğa sütununu bərpa ediblər.
Onurğanın bərpasında ilk dəfə ayaq sümüklərindən istifadə edildi

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir X.Murtuzayeva/

Bu yaxınlarda 5 yaşlı Rozi Devis üzərində inqilabi əməliyyat aparılıb. Həkimlər qızın ayaq sümüklərindən istifadə etməklə onun onurğa sütununu bərpa ediblər. Bu barədə Trend BBC-yə istinadən məlumat verir.

Belə ki, uşaqda daxili orqanları bir yerdə saxlaya biləcək sümük çatışmayıb, həmçinin o, ayaqlarına da nəzarət etmək imkanından da məhrum idi.

Bütün bunlara səbəb nadir genetik pozğunluq - bel seqmentar disgeneziyası (onurğada beş sümüyün çatışmaması nəticəsində 10 santimetrlik deşik yaramışdı, ayaqlar burulmuş vəziyyətdə idi və demək olar ki, heç nə hiss etmirdi) idi. Uşaq böyüdükcə daxili orqanlar sıxılmış vəziyyətdə qalır və bu da ölümlə nəticələnə bilərdi. Məsələn, son müayinələr uşağın böyrəklərinin zərər çəkdiyini göstərirdi.

Həkimlər Rozinin ayaqlarını dizə qədər amputasiya edirlər. Beləliklə də ayaq sümüklərindən istifadə etməklə cərrahlar onurğa sütunundakı pozğunluğu aradan qaldırmağa nail olublar. Bel sümüyünün möhkəmliyi üçün metal ştiftlər tətbiq edilib.

Qeyd edək ki, bu mürəkkəb əməliyyat İngiltərənin Birmingem Uşaq Hospitalında 13 saat ərzində həyata keçirilib. Ekspertlərin sözlərinə görə, hazırda uşağın ayaqlarına həssaslığın qayıtması gələcəkdə protezlərdən istifadə olunmasına ümid verir.

Avropada belə əməliyyat ilk dəfədir aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti