...

Piza qülləsi qəddini düzəldir

Maraqlı Materials 29 Oktyabr 2013 20:43 (UTC +04:00)
Əyri duruşu ilə dünyada məşhurlaşan Piza qülləsi qeyri-adiliyini itirir.
Piza qülləsi qəddini düzəldir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Əyri duruşu ilə dünyada məşhurlaşan Piza qülləsi qeyri-adiliyini itirir.

Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, aparılan son təmirdən sonra qüllə 2,5 santimetr düz istiqamətə meyillənib. Qüllədə aparılan son ölçü işləri belə deməyə əsas verir.

Piza qülləsində təmir işlərinə 10 il əvvəl start verilib və bu işlərə 25 milyon avro xərclənib. Mütəxəssislərin hesablamalarına görə, Piza ildən-ilə şaquli olacaq. Halbuki təmirdən əvvəl qüllə ildə təqribən 1 millimetr əyilirdi. 2002-ci ildə isə Pizanın əyriliyini təqribən 15 millimetr düzəltmək mümkün olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti