...

Türkiyə artıq qırmızı xalı sərməyəcək

Maraqlı Materials 22 Noyabr 2013 12:20 (UTC +04:00)
Türkiyədə rəsmi qarşılama, yolasalma, təməlqoyma, açılış və s. tədbirlərdə qırmızı xalı sərilməsi qaydası ləğv edilib.
Türkiyə artıq qırmızı xalı sərməyəcək

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Türkiyədə rəsmi qarşılama, yolasalma, təməlqoyma, açılış və s. tədbirlərdə qırmızı xalı sərilməsi qaydası ləğv edilib.

Trend-in "Cihan" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın imzaladığı və "Rəsmi Qəzet"də yayımlanan sənəddə deyilir: "Ölkə daxilində keçirilən qarşılama və yolasalma, təməlqoyma, açılış və bu kimi tədbirlərdə qırmızı xalı salınması qaydasına son verilib. Prezident, Türkiyə Böyük Millət Məclisi sədri və Baş nazirin qarşılanma və yolasalma mərasimlərindən başqa digər tədbirlərdə polis tədbir manqası çıxarılmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti