...

Çin Ayı "fəth etdi", gözünü Marsa dikdi

Maraqlı Materials 14 Dekabr 2013 22:54 (UTC +04:00)
Çinin dekabrın 2-də kosmosa göndərdiyi "Chang'e-3" adlı kosmik kəşfiyyat aparatı Ayın səthinə uğurla enib.
Çin Ayı "fəth etdi", gözünü Marsa dikdi

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Çinin dekabrın 2-də kosmosa göndərdiyi "Chang'e-3" adlı kosmik kəşfiyyat aparatı Ayın səthinə uğurla enib. Bununla da Çin 37 illik fasilədən sonra Aya kəşfiyyat gəmisi endirən ölkə olub.

Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir ki, yerli vaxtla saat 21:00-da kosmik aparatın Aya uğurla enməsi ilə Çin dünyada ABŞ və keçmiş SSRİ-dən sonra bunu həyata keçirən üçüncü ölkə oldu. Sonuncu dəfə Aya 1976-cı ildə SSRİ "Luna 24" adlı kəşfiyyat gəmisi göndərmiş və Aydan nümunələr almışdı.

İnsansız olaraq kosmosa göndərilən "Chang'e-3"-ün ("Ay ilahəsi") Aya enişi 12 dəqiqə çəkib.

Aya indiyə qədər ABŞ və SSRİ 13 dəfə uğurlu eniş həyata keçirmişdi. Çinin 112 saatlıq uçuşdan sonra Ayın səthinə enən "Chang'e-3" gəmisinin Ayda yaşamaq kimi önəmli texniki problemlərin həlli üzrə böyük nəticələr əldə edəcəyi gözlənilir.

Enişdən bir neçə saat sonra isə özəl teleskop və kamera ilə "Yütu" ("Nefrit dovşanı") adlı 6 təkərli robot "Chang'e-3"-dən ayrılaraq, Ayın səthində saatda 200 kilometr sürətlə hərəkət edərək kəşfiyyat aparacaq. 140 kiloqram ağırlığında olan "Yütu" Aydan aldığı məlumatları Yerə ötürəcək.

Çinin növbəti kosmik missiyası Aydakı zəngin minerallardan da yararlanmaq istəyir. Bu missiya uğurla nəticələnsə, Çin Marsa da kosmik aparat göndərmək niyyətindədir.

Hazırda isə çinli alimlər 2020-ci ildən sonra Aya insan göndərmək məsələsi üzərində baş sındırırlar.

Xəbər lenti

Xəbər lenti