...

Mobil telefonların işığı altında ürək əməliyyatı

Maraqlı Materials 11 Oktyabr 2014 14:20 (UTC +04:00)
Qırğızıstandakı xəstəxanalardan birinin cərrahları elektrik enerjisinin verilişi kəsildiyinə görə mobil telefonların işığı altında ürək əməliyyatı aparıblar.
Mobil telefonların işığı altında ürək əməliyyatı

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Qırğızıstandakı xəstəxanalardan birinin cərrahları elektrik enerjisinin verilişi kəsildiyinə görə mobil telefonların işığı altında ürək əməliyyatı aparıblar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, əməliyyatı aparmış cərrah Kaldarbek Abdramanov "Facebook" səhifəsində açıq ürək əməliyyatının videosunu yerləşdirib.

Çətin şəraitdə aparılan əməliyyat zamanı fənərlərdən da istifadə olunub.

Daha əvvəl Qırğızıstan hökuməti məlumat vermişdi ki, respublikanın energetika sistemi az sululuq səbəbindən böhranqabağı vəziyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti