...

Niaqara şəlalələrində bir əsr sonra ilk dəfə... (FOTO-VİDEO)

Maraqlı Materials 23 Fevral 2015 18:15 (UTC +04:00)
Kanadada uzun müddətdir davam edən kəskin soyuqlar səbəbindən Niaqara şəlalələr kompleksinin böyük hissəsi buz bağlayıb.
Niaqara şəlalələrində bir əsr sonra ilk dəfə... (FOTO-VİDEO)

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir Məftun Salmanov/

Kanadada uzun müddətdir davam edən kəskin soyuqlar səbəbindən Niaqara şəlalələr kompleksinin böyük hissəsi buz bağlayıb.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, mənfi 40 dərəcənin müşahidə edildiyi Kanadada qismən donan Niaqara şəlalələrində buzun qalınlığı 1912-ci ildən bəri ilk dəfə 3 metri ötüb.

Şəlalələrin ən böyüyü olan At Nalı şəlaləsi ilə Amerika şəlaləsini də buz bağlayıb.

ABŞ və Kanada tərəfindən minlərlə turist şəlalələrə baxmaq üçün axın edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti