...

Sankt-Peterburqlu taksidə səfər üzrə dünya rekordunu vurub

Maraqlı Materials 3 Avqust 2016 12:56 (UTC +04:00)
Sankt-Peterburq sakini Nikita Arxipov taksidə ən uzaq məsafəyə səfər üzrə dünya rekordunu vurub.
Sankt-Peterburqlu taksidə səfər üzrə dünya rekordunu vurub

Bakı. Elçin Hüseynov - Trend:

Sankt-Peterburq sakini Nikita Arxipov taksidə ən uzaq məsafəyə səfər üzrə dünya rekordunu vurub. Trend "Gazeta.ru" saytına istinadən xəbər verir ki, N.Arxipov Peterburqdan Maqadana (məsafə 10,7 min kilometr) taksi ilə səfər edib.

Bu səfəri Sankt-Peterburq sakini "Maqadana səfər et" ekspedisiyası çərçivəsində həyata keçirib.

Səyahətçi N.Arxipov bildirib ki, səfərdən çox razı qalıb. Səfər boyu bir problem yalnız Yakutsk-Maqadan avtomobil yolunda baş verib - daşqınlar səbəbindən dağılmış bir körpüyə görə, marşrutun bu hissəsində bir neçə gün ləngimə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti