...

İsveçrədə hava satmağa başladılar

Maraqlı Materials 24 Sentyabr 2017 16:07 (UTC +04:00)

Bakı. Trend:

İsveçrədə dağ havasını xaricə satmağa başlayıblar.

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, satışa başlayan Swiss Alpin Air startapı bununla dünyanın daha çox çirklənmiş şəhərlərini təmiz hava ilə təmin etməyə ümüd edir.

"Hər il Alp dağlarına ruhlandıran görüntülərdən həzz almaq və tər-təmiz dağ havası ilə nəfəs almaq üçün turistlər gəlir. Bu sadəcə bizdə olan təmiz havanın ixracıdır. Biz artıq isveçrə suyunu, şokoladını və pendirini satırıq. Niyə də təmiz havanı ixrac etməyək", - deyə istehsalın yaradıcıları izah edir.

Hava internet saytında 7-litrlik qablaşdırmada satılır. Bu hava 120 dəfə nəfəs almaq üçün kifayət edir.

Xəbər lenti

Xəbər lenti