...

Alimlər qara dəlikdə radiasiya tullantılarının əmələ gəldiyi hissələri öyrənir

Maraqlı Materials 16 Aprel 2019 10:08 (UTC +04:00)

Bakı. Trend:

Yer kürəsi ölçüsündə virtual radio teleskopu olan “Event Horizon Telescope” layihəsi üzrə işlərin nəticələri nümayiş etdirilib.

Trend-in məlumatına görə, alimlər tarixdə ilk dəfə nəhəng “Messier 87” (M87) qalaktikasının mərkəzində yerləşən qara dəliyin “kölgəsi”nin ilk fotoşəkillərini təqdim ediblər.

Yer kürəsi və bir sıra digər planetlərin olduğu qalaktikalarda mərkəzi qara dəlik işlək vəziyyətdə deyil. Alimlər uzun müddətdir ki, onun nə zaman “yatdığını” və nə qədər uzaq keçmişdə aktiv olduğunu aydınlaşdırmağa çalışırlar. Bundan başqa, astrofiziklər bu fəallığın qalaktikamızın mərkəzi və onun ətraflarında ulduzların fəaliyyətinə necə təsir etdiyini müəyyənləşdirmək arzusundadırlar.

Bu məsələni alimlər nəhəng virtual interferometr olan “Event Horizon Telescope”unun köməyi ilə həll etməyə çalışırlar. Teleskop öz aralarında çox həssas radio observatoriyaları birləşdirən Yer kürəsinin Cənub qütbü daxil olmaqla, onun müxtəlif ərazilərində yerləşdirilmiş şəbəkələrdən ibarətdir. Onun hazırlanmasına 10 ildən çox müddətdir başlanılıb.

Teleskopların güclərinin birləşdirilməsi “Habbl” kosmik teleskopunun həssaslığını min dəfəyə qədər ötməyə və “M87” qalaktikasının mərkəzindəki qara dəliyin ən yaxın ətrafları üzrə ilkin məlumatlar əldə etməyə imkan verib. Obyekt Yer kürəsindən təxminən 53,5 milyon işıq ili məsafədə yerləşir. Alimlər işin gedişatı zamanı, həmçinin qara dəliyin strukturunun radiasiya tullantılarının əmələ gəldiyi hissələrinin öyrənilməsinə başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti