...

“Google” dünyanın ən güclü kvant kompüterini yaradıb

Maraqlı Materials 23 Sentyabr 2019 20:14 (UTC +04:00)
ABŞ-ın “Google” şirkəti dünyanın ən güclü kvant kompüterini yaradıb.
“Google” dünyanın ən güclü kvant kompüterini yaradıb

Bakı. Trend:

ABŞ-ın “Google” şirkəti dünyanın ən güclü kvant kompüterini yaradıb.

Trend-in məlumatına görə, mövcud "IBM" superkompüterlərinin ən güclüsünün 10 000 ilə aparacağı hesablamaları “Google” kvant kompüterinin prosessoru 3 dəqiqə 20 saniyə ərzində edib.

www.esquire.ru saytının məlumatına görə, “Google” kvant kompüteri hazırda yalnız bir texniki hesablama apara bilir. Şirkət nümayəndələrinin sözlərinə görə, qurğu praktiki tapşırıqların icrasına bir neçə ildən sonra hazır olacaq.

“Google” yaradıcıları öz kvant kompüterlərini “tam kvant hesablama prosesinə gedən vacib bir mərhələ” adlandırıblar və “kvant üstünlüyü”-nə yaxınlaşdıqlarına əminliyini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti