...

Pakistanda ilk dəfə süni yağış sınaqdan keçirildi

Maraqlı Materials 18 Dekabr 2023 20:43 (UTC +04:00)
Pakistanda ilk dəfə süni yağış sınaqdan keçirildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın hakimiyyət orqanları havanın çirklənməsi səbəbindən milyonlarla insanın yaşadığı Lahor şəhərlərində ilk dəfə olaraq süni yağışı sınaqdan keçirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, eksperiment Birləşmiş Ərəb Əmirliklərinin köməyi ilə baş tutub.

Təcrübə zamanı “bulud toxumu” adlanan prosesdən istifadə edərək süni yağış yağdırılıb.

Qeyd edək ki, Lahor şəhərinin sakinləri həftələrdir ki, hava çirklənməsindən əziyyət çəkir. Pakistanın hakimiyyət orqanları sənaye, nəqliyyat tullantıları və zibillərin yandırılmasını havanın çirklənməsinin əsas səbəbləri kimi görür.

Xəbər lenti

Xəbər lenti