...

Azərbyacanın Müdafiə Nazirliyi: "Ermənistanın Silahı Qüvvələri atəşkəs rejimini pozub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Sentyabr 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlıı Qüvvələrinin bölmələri sentyabrın 11-də saat 20:45-dən 21:10-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin şimal -qərbində yerləşən mövqelərdən, həmçinin, saat 20:30-dan sentyabrın 12-i saat 01:18-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlarldan və pulemyotlardan atəşə tutub.

Cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti