...

AŞPA-nını Monitorinq Komitəsi Cənubi Qafqazda dondurulmuş münaqişələr məsələsini müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Ramazanova/ Noyabrın 5-6-da AŞPA-nın Monitorinq Komitəsi və təhlükəsizlik məsələləri üzrə Beynəlxalq Almaniya İtstitutu Cənubi Qafqaz və Qara dəniz ölkələrində dondurulmuş münaqişələr üzrə konfrans təşkil edəcək. Bu barədə bazar ertəsi mətbuat konfransında Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahim məlumat verib.

Konfransda Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Araz Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. İbrahimin sözlərinə görə, konfransda Abxaziya, Dağlıq Qarabağ və digər məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti