...

ABŞ ümid edir ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üçün güc tətbiq etməyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyun 2008 12:33 (UTC +04:00)
ABŞ ümid edir ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üçün güc tətbiq etməyəcək

ABŞ ümid edir ki, Azərbaycan hökuməti Dağlıq Qarabağ probleminin həlli üçün "həyata keçirilməsi praktiki olaraq mümkün olan hərbi əməliyyatların bərpa olunması variantına getməyəcək". " İTAR-TASS "-ın verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət katibinin xarici siyasət üzrə müavininin vəzifələrini icra edən Deniel Frid bildirib.

O, ABŞ Konqresinin nümayəndələr palatasının xarici işlər üzrə Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı bildirib ki, Vaşinqton "artıq Azərbaycanın bəzi rəsmi şəxsləri tərəfindən səsləndirilən aqressiv fikirlərlə bağlı narahatlığını ifadə edib". "Biz Azərbaycan hökumətini Dağlıq Qarabağ ətrafındakı mübahisənin sülh yolu ilə nizamlanması məsələsinə diqqət ayırmağa çağırmışıq", - deyə o bildirib.

Fridin sözlərinə görə, "Bu mübahisənin sülhlə nizamlanması yollarının axtarışı Azərbaycanın əsas problemlərindən biridir". "ABŞ - /ATƏT-in Dağlıq Qarabağ üzrə/ Minsk Qrupunun hazırkı həmsədri fransalı və rusiyalı həmkarları ilə birgə bu problemin sülh yolu ilə həllinə nail olmaq üçün fəal iş aparır. Necə ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, eyni zamanda da hesab edirik ki, Dağlıq Qarabağın yekun statusu beynəlxalq hüquq və siyasi prinsiplər nəzərə alınmaqla danışıqlar və kompromis yolu ilə müəyyən edilməlidir", - deyə o bildirib.

Frid qeyd edib ki, "İrəliləyiş üçün mühüm addımı münaqişənin nizamlanma yollarının müzakirəsi üçün iyunun 6-da Sankt-Peterburqda ilk görüşləri zamanı prezident İlham Əliyev və Serj Sarkisyan atdı". "Hər iki tərəf Minsk prosesi çərçivəsində fəaliyyətin davam etdirilməsinə bağlılıqlarını təsdiq etdi və "Baza prinsipləri" - Minsk Qrupunun yardımı ilə hazırlanmış və sülh yolu ilə nizamlanma konsepsiyasını ifadə edən sənəd əsasında müzakirələri davam etdirməyə hazır olduğunu bildirdi".

Xəbər lenti

Xəbər lenti