...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün gələn il müstəsna olacaq – Fransa prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2008 12:56 (UTC +04:00)

Fransa prezidenti Nikolya Sarkozi hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün gələn il müstəsna və məqsədəuyğun olacaq və bu imkandan istifadə etmək lazımdır, - "Azərtac" Dövlət İnformasiya Agentliyi məlumat verir.

"Fransa Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli nizamlanması üçün bütün səylərini tətbiq edəcək", - deyə Fransa prezidenti Sarkozinin Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubunda bildirilir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz sülh danışıqları aparılır.

"Mənim nə dərəcədə bu məsələnin marağında olduğum sizə məlumdur və ona görə, Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın 2-də Moskvada baş tutan görüşünün ümidverici nəticələri barədə böyük məmnunluqla öyrəndim", - deyə Sarkozi bildirib.

Onun sözlrinə görə, Fransa bu müsbət dinamikaya öz töhfəsini verməyə hazırdır, daha geniş mənada isə Qafqazın sülh və tərəqqi zonasına çevrilməsinə istənilən yardımın göstərilməsində iştirak etmək niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti