...

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Mart 2009 15:13 (UTC +04:00)

Azərbaycan, Bərdə, 19 mart / Trend , müxbir Ş.Cəliloğlu /

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Trend -un bölgə müxbirinin məlumatına görə, martın 18-də Tərtərin Qapanlı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin əsgərləri atəşkəsi pozublar və Qax rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış 20 yaşlı Tərlan Qönçəyev yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Trend -a məlumatı təsdiqləyib. Sabiroğlu deyib ki, hazırda yaralanan əsgərin vəziyyəti normaldır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz, sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti