...

Dağlıq Qarabağ münaqişəsinin həllinə ümidlər artır – Azərbaycanın vitse-spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2009 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir C.Babayeva /   

Azərbaycan Milli Məclisinin vitse-spikeri bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesinin intensivləşməsi problemin həllinə dair ümidləri artırır.

"Son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesinin intensivləşməsi problemin həllinə inamı artırmaqdadır. Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyaya səfərləri zamanı verdiyi bəyanatlar nikbin olmağa əsas verir", - Trend -un məlumatına görə, Milli Məclisin sədr müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Yeni Azərbaycan Partiyasının rəsmi saytına bildirib.

Trend -un arayışı:  İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Muradovanın sözlərinə görə, bütün bunlar danışıqlarda irəliləyişlərin olduğunu göstərir. "Əgər tərəflər münaqişənin həlli ilə bağlı nikbin bəyanatlar verirsə, buna inanmamağa haqqımız yoxdur. Təbii ki, Azərbaycan bu münaqişənin ədalətli həllində israrlıdır və bu yoldan heç vaxt dönməyəcək", - deyə vitse-spiker bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti