...

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini bir neçə istiqamətdə pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2010 10:23 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini bir neçə istiqamətdə pozub
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini bir neçə istiqamətdə pozub

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir T.Hacıyev/

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini bir neçə istiqamətdə pozub. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 23-də saat 22:30-dan 22:40-dək Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 23:55-dən 00:05-dək Ağdam rayonunun Sarıcalı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən; iyulun 24-də saat 01:00-dan 01:05-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən; iyulun 23-də saat 22:25-dən 22:45-dək, iyulun 24-də saat 02:40-dan 02:55-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdən, Horadiz və Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti