...

Ermənistanın Azərbaycan torpaqlarını işğalı etməsi əbədi davam edə bilməz – türk Kiprinin sabiq deputatı (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Yanvar 2011 17:39 (UTC +04:00)
Şimali Kipr Türk Respublikası Dağlıq Qarabağ münaqişəsinin sülh və dialoq yolu ilə həllinə tərəfdardır. Bu barədə Şimali Kipr Türk Respublikası parlamentinin sabiq üzvü Mustafa Akıncı deyib.
Ermənistanın Azərbaycan torpaqlarını işğalı etməsi əbədi davam edə bilməz – türk Kiprinin sabiq deputatı (ƏLAVƏ OLUNUB)

Başlıq dəyişdirilib, ikinci və dördüncü abzaslarda sabiq deputatdan sitatlar əlavə olunub (ilk xəbər saat 16:19-da yayılıb)

Kipr, Nikosiya, 19 yanvar /Trend, müxbir T.Konyayeva/

Şimali Kipr Türk Respublikası Dağlıq Qarabağ münaqişəsinin sülh və dialoq yolu ilə həllinə tərəfdardır. Bu barədə Şimali Kipr Türk Respublikası parlamentinin sabiq üzvü Mustafa Akıncı deyib.

"Biz şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin sülh və dialoq yolu ilə həllinə tərəfdarıq. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi əbədi davam edə bilməz", - Akıncı çərşənbə günü Nikosiyada jurnalistlərə bildirib.

"Tərəflər münaqişəni qarşılıqlı razılıqla həll etmək istəməyincə, heç kəs problemin həllində kömək edə və hansısa rol oynaya bilməz", - Nikosiyanın şimal hissəsinin (Lefkoşa) sabiq meri Akıncı belə hesab edir.

Onun sözlərinə görə, Avropa İttifaqının öz hüdudlarından kənarda münaqişələrin həllində rolu  məhdudlaşdırılıb. "Avropa İttifaqı üçün prioritet ilk növbədə Aİ ərazilərində daxili münaqişələrin nizamalanmasıdır", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti