Azərbaycan, Bakı, 28 fevral /Trend /
Ermənistan ordusu növbəti dəfə atəşkəs rejimini pozub. Bu barədə bazar ertəsi Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Nazirliyin məlumatında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 27-də saat 22.30-dan 22.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
saat 19.10-dan 19.20-dək və fevralın 28-də saat 04.15-dən 04.20-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozub
Ermənistan ordusu növbəti dəfə atəşkəsi pozub. Bu barədə bazar ertəsi Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
