...

Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun saxlanması əlverişli variant deyil - Avropa Komissiyasının prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Mart 2011 11:04 (UTC +04:00)

Güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi hüququ prinsipləri əsasında dinc yolla nizamlanmalı olan Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun saxlanması əlverişli variant deyil. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo bu qənaətdədir.

Trend-in məlumatına görə, "Mediamaks" agentliyi bildirir ki, Avropa Komissiyasının prezidenti bu barədə martın 15-də Ermənistanın baş naziri Tiqran Sarkisyanla Brüsseldə keçirdiyi görüşdən sonra bəyan edib.

"Dağlıq Qarabağdakı təmas xəttində silahlı insidentlərin baş verməsi və regionun hərbiləşdirilməsinin davam etməsi barədə məlumatlar bizi narahat edir", - Barrozo bildirib.

Avropa Komissiyasının rəhbəri deyib ki, Aİ Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini qətiyyətlə dəstəkləməkdə davam edir.

"Biz hər iki tərəfi bu tarixi prosesə sadiqliyi qoruyub saxlamağa çağırırıq. Əminəm ki, gələcəkdə bu dialoq üçün yeni imkanlar açılacaq", - Joze Manuel Barrozo deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti