...

BMT-nin ali komissarı Azərbaycan qaçqınlarının vəziyyəti ilə tanış olacaq - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2011 20:06 (UTC +04:00)
BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Ermənistanın təcavüzü nəticəsində öz doğma yurd-yuvalarından qovulan azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə tanış olacaq.
BMT-nin ali komissarı Azərbaycan qaçqınlarının vəziyyəti ilə tanış olacaq - səfir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir S.Ağayeva/

BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Ermənistanın təcavüzü nəticəsində öz doğma yurd-yuvalarından qovulan azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə tanış olacaq.

Quterreşin Azərbaycana səfəri mayın 17-19-na nəzərdə tutulub. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın İsveçrədəki səfiri, ölkənin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Murad Nəcəfbəyli bildirib.

"Səfər zamanı BMT-nin ali komissarı Azərbaycan hökumətinin qaçqınların və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı hansı addımlar atması ilə tanış olacaq", - diplomat deyib.

Ermənistanın təcavücü nəticəsində Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkün var. 1993-cü ildən Azərbaycan dövləti BMT-nin qaçqınlar üzrə ali komissarı ilə birlikdə qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üzrə fəaliyyəti davam etdirir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti