Azərbaycan, Bakı, 3 may / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs 10 istiqamətdə pozulub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 2-də saat 18.45-dən 18.50-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqeləri, saat 23.15-dən 23.20-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndi yaxınlığında yerləşən mövqeləri, saat 18.00-dan 18.10-dək və mayın 3-də 01.10-dan 01.35-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00.20-dən 00.30-dək və 00.35-dən 01.10-dək Tərtər rayonunun Qızıloba və Göyarx kəndləri yaxınlıgında yerləşən mövqelərdən, saat 00.45-dən 00.50-dək və 01.05-dən 01.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlıgında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Erməni hərbiçilər 10 istiqamətdə atəşkəsi pozublar
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs 10 istiqamətdə pozulub.
