Azərbaycan, Bakı, 15 may /Trend/
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərgin vəziyyət davam edir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 14-də saat 10:45-dən 11:10-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri, saat 18:00-dan 18:10-dək Ermənistanın Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqeləri, saat 11:10-dan 11:25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17:00-dan 17:35-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, mayın 15-də saat 02:15-dən 02:30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.