Azərbaycan, Bakı, 17 yanvar /Trend/
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Qarabağ məsələsini yaxın vaxtlarda nizamlamağın çətin olacağını bildirib. Trend-in məlumatına görə, Medimaks xəbər verir ki, o, bu barədə Ermənistan hökumətinin rəhbəri Tiqran Sarkisyanla birgə mətbuat konfransında çıxışı zamanı deyib.
"Mənim çağırışım və istəyim ondan ibarətdir ki, münaqişə sülh yolu ilə həll edilsin və hər iki ölkə bunun üçün mümkün olan hər şeyi etsin", - İvanişvili bildirib.