...

Almaniyalı deputat: Ermənistan Azərbaycan torpaqlarının işğalına çoxdan son qoymalı idi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Fevral 2013 16:58 (UTC +04:00)
Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyalarının fraksiyasından deputat, Büdcə komitəsinin üzvü, AŞ PA-nın üzvü Aksel Fişer Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalını pisləyib.
Almaniyalı deputat: Ermənistan Azərbaycan torpaqlarının işğalına çoxdan son qoymalı idi

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Mehdiyev/

Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyalarının fraksiyasından deputat, Büdcə komitəsinin üzvü, AŞ PA-nın üzvü Aksel Fişer Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalını pisləyib.

Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə daxil olan məlumata görə, bu barədə Aksel Fişer Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Cəmiyyətin sualına münasibət bildirərkən deyib.

"BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi ilə bunun beynəlxalq hüquqa zidd olduğu bəyan edilib, Ermənistandan qoşunlarını işğal edilmiş ərazilərdən dərhal çıxarılması tələb olunub. Biz BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini tam dəstəkləyirik. Bu qətnamələr münaqişənin həlli üçün beynəlxalq hüquqi əsas təşkil edir. Ermənistan bu işğala çoxdan son qoymalı idi", - Aksel Fişer deyib.

O bildirib ki, qaçqınların taleyi Azərbaycanın ərazi bütövlüyünün yenidən bərpasından asılıdır. İlk addım Ermənistan tərəfindən atılmalı, yəni işğal edilmiş ərazilərdən qüvvələrini çıxarmalıdır.

"Öz hüquqlarını qorumaqda bizim Azərbaycana regional dəstəyimiz yaxın əməkdaşlıqdan irəli gəlir. Cənubi Qafqaz siyasi, iqtisadi və mədəni baxımdan cəlbedici bir regiondur. Burada Azərbaycan mühüm funksiyaya malikdir", - almaniyalı deputat deyib.

O vurğulayıb ki, Almaniya, xüsusilə də Avropa ictimaiyyəti içərisində öz roluna çox məsuliyyətlə yanaşır. Məsələn, Avropa İttifaqı Dağlıq Qarabağdakı ötənilki qondarma "prezident seçkiləri"ndən sonra bu seçkilərin nəticələrini tanımayaraq açıq bir mövqe bildirdi.

"Münaqişənin hüdudları bundan kənara çıxmamalıdır. Lakin Ermənistanın Xocalı aeroportunu beynəlxalq uçuşlar üçün yenidən açma niyyəti ciddi narahatlıqlar yaradır", - Fişer bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti