...

Müdafiə Nazirliyi: Ermənistan Azərbaycan əraziləri üzərindən icazəsiz uçuşlar həyata keçirərsə, lazımi tədbirlər görüləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2013 13:04 (UTC +04:00)
Ermənistan Azərbaycan əraziləri üzərindən icazəsiz uçuşlar həyata keçirərsə, lazımi tədbirlər görüləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Ermənistanın Xocalı aeroportundan qanunsuz istifadə etmək cəhdlərinə münasibət bildirərkən deyib.
Müdafiə Nazirliyi: Ermənistan Azərbaycan əraziləri üzərindən icazəsiz uçuşlar həyata keçirərsə, lazımi tədbirlər görüləcək

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Mehdiyev/

Ermənistan Azərbaycan əraziləri üzərindən icazəsiz uçuşlar həyata keçirərsə, lazımi tədbirlər görüləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Ermənistanın Xocalı aeroportundan qanunsuz istifadə etmək cəhdlərinə münasibət bildirərkən deyib.

"Ermənistan bu zorakı mövqeyindən əl çəkməlidir. Çikaqo Konvensiyasına uyğun olaraq, bir ölkə digər ölkənin hüdudlarını icazəsiz keçə bilməz, icazəsiz keçdiyi halda da tədbir görüləcək", - Sabiroğlu bildirib.

O qeyd edib ki, qanunsuz uçuş cəhdi Dağlıq Qarabağ münaqişəsinin dinc şəkildə həll edilməsinə böyük maneçilik törətmiş olacaq.

Eyni zamanda, Sabiroğlu vurğulayıb ki, Ermənistan öz hərəkətlərinə düzəliş etməsə və belə bir işə yol versə, əlbəttə ki, Azərbaycan öz mövqeyində qalır və bu qeyri-qanuni uçuşlarla Ermənistan regionda vəziyyəti olduqca kəskinləşdirə bilər.

"Ona görə də daha yaxşı olar ki, onlar bu niyyətlərindən əl çəksinlər. Beynəlxalq təşkilatlar da, digər ölkələrin parlament üzvləri də bu məsələyə öz mənfi münasibətini bildiriblər", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti