...

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsi MDB məkanında olan ən sadə, ən asan həll olunan münaqişədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 May 2013 11:25 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi MDB məkanında olan ən sadə, ən asan həll olunan münaqişədir. Sadəcə ATƏT-in Minsk qrupu həmsədrlərinin və ya güclü tərəflərin işğalçının müəyyən olunması istiqamətində siyasi iradəsi lazımdır.
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsi MDB məkanında olan ən sadə, ən asan həll olunan münaqişədir

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/

Dağlıq Qarabağ münaqişəsi MDB məkanında olan ən sadə, ən asan həll olunan münaqişədir. Sadəcə ATƏT-in Minsk qrupu həmsədrlərinin və ya güclü tərəflərin işğalçının müəyyən olunması istiqamətində siyasi iradəsi lazımdır.

Bu barədə Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, poltoloq Mübariz Əhmədoğlu bildirib.

Mərkəzin direktorunun fikrincə, Dağlıq Qarabağ münaqişəsi başlanandan erməni tərəfi arqumentlərini tez-tez dəyişmək məcburiyyətindədir. Bu, ermənilərin haqsızlığının, acizliyinin əlamətidir:

"Ermənilər Dağlıq Qarabağ münaqişəsinin başlanmasının düzgün vaxtını və şəraitini müəyyənləşdirə bilmirlər. Ermənilər Dağlıq Qarabağ münaqişəsinin başlanğıcını 1988-ci il fevralın 26-ı Sumqayıt hadisələrindən götürürlər. Sumqayıt hadisələrinə kimi isə çox şey olub. Ermənilər Qorbaçovun hakimiyyətə gəlməsindən sonra Moskvaya gedişlərini intensivləşdirib Dağlıq Qarabağ məsələsini aktuallaşdırmışdılar. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan SSRİ iqtisadiyyatının xilası kimi Dağlıq Qarabağın Ermənistana birləşməsini təklif etmişdi. Fransanın "Humanite" qəzetində dərc olunmuş bu təklif keçmiş SSRİ-dəki milli və iqtisadi problemlərin bir-biri ilə əlaqələndirilməsi demək idi. Sumqayıt hadisələrinə kimi Quqark hadisələri baş vermişdi. 300 minə yaxın azərbaycanlı Ermənistan ərazisindən qovulmuşdu. Ən nəhayət, fevralın 20-də ermənilər ilk qan tökdülər. İki azərbaycanlı gənci Əsgəran rayonunda öldürdülər. Bunlar hamısı təsdiq olunmuş faktlardır".

Politoloqun sözlərinə görə, vaxtilə erməniər ABŞ-ı inandırmışdılar ki, Dağlıq Qarabağda ermənilərlə bahəm yəhudilər yaşayır və Azərbaycan həm erməniləri, həm də yəhudiləri qırır. O zaman yəhudi faktoru ən dəbdə olan məsələ idi. Hal-hazırda isə "müsəlman dövlətləri əhatəsində olan xristian dövləti" tezisindən istifadə edirlər.

Əhmədoğlunun fikrincə, indi ermənilər hətta Azərbaycan mənşəli "Dağlıq Qarabağ" terminindən qorxurlar. Çünki bu termin ermənilərin başdan-ayağa yalan danışdığını sübut edir. Ona görə "Dağlıq Qarabağ" terminini "Artsax" termini ilə əvəzləyirlər.

"Ermənilər yalan üzərində qurduqları arqumentlərini çarəsizlikdən tez-tez dəyişirlər. Bu onların güclü yox, gücsüz olduğunun nümayişidir. Lakin beynəlxalq aləmdə belə təsəvvür yaranır ki, Qarabağ münaqişəsi mürəkkəbdir və onu tənzimləmək olmaz. Dağlıq Qarabağ tənzimlənməsində ilk praktiki addım atılan kimi bu münaqişənin tənzimlənməsinin mürəkkəbliyini düşünənlər ciddi yanıldıqlarını görəcəklər. Əsas ilk praktiki addımın atılmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti