...

Almaniyalı deputat: Ermənistan Dağlıq Qarabağın işğalına son qoymalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2013 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Dağlıq Qarabağın işğalı beynəlxalq hüququn pozulması deməkdir. Avropa Azərbaycan Cəmyyətindən (AAC) Trend-ə verilən məlumata görə, bu barədə Almaniya Xristian-Demokrat İttifaqının (CDU/CSU) millət vəkili, parlamentin Müdafiə Komitəsinin üzvü Otto Henninq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğalı 20 ildir ki davam edir: "Və biz hələ də problemin sülh yolu ilə həllini görmürük. BMT Təhlükəsizlik Şurasının bu məsələyə dair qəbul etdiyi qətnamələr birmənalıdır və Almaniya bu məsələdə BMT Təhlükəsizlik Şurasını dəstəkləyir".

O.Henninq vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağın işğalına son qoymalıdır: "Bundan sonra məcburi köçkünlər öz torpaqlarına qayıda bilərlər. Azərbaycan coğrafi mövqeyinə görə Rusiya və İran, Türkiyə və Xəzər dənizi arasında mühüm bir regionda yerləşir. Almaniya iyirmi ildən çoxdur ki, Azərbaycanla dostluq edir. Odur ki, biz ikitərəfli münasibətlərin daim güclənməsində çox maraqlıyıq".

Almaniyalı millət vəkili bildirib ki, əsl sülh prosesinə nail olmaqdan öncə Azərbaycanla Ermənistan arasındakı vəziyyət normallaşdırılmalıdır: "Odur ki, hazırkı vəziyyətdə Ermənistanın güzəştə getməsi şərtdir. Ötən il Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkiləri" qeyri-legitim idi. Bu cür addımların atılmasında məqsəd legitim nəticələrə gətirib çıxaracaq əsl danışıqlara nail olmaq deyil, sadəcə status-kvonun saxlanmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti