...

Cəbhə xəttində qeyri-sabitlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2013 09:34 (UTC +04:00)
Mövqelərimiz atəşə tutulub.
Cəbhə xəttində qeyri-sabitlik davam edir

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İzzət/

Mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Tərtər rayonunun Seysulan kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti