...

Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2014 10:20 (UTC +04:00)
Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən atəşə tutulub.
Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən atəşə tutulub

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti