Azay Quliyev: Ermənistan sülhə məcbur edilməlidir (FOTO)

Azay Quliyev: Ermənistan sülhə məcbur edilməlidir (FOTO)

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Bu gün Litvanın paytaxtı Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi proqramına uyğun olaraq maliyyələşdirdiyi "Demokratik Siyasi İnstitut"un layihəsi çərçivəsində "Həll edilməmiş münaqişələrinin siyasi təsirləri və həlli perespektivləri" adlı beynəlxalq konfrans keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev ilk olaraq "dondurulmuş münaqişə" anlayışına aydınlıq gətirərək bu terminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə şamil edilməsinin doğru olmadığını bildirib. A.Quliyev Qarabağ problemini həll edilməmiş və ya uzanan münaqişə adlandıraraq diqqəti təmas xəttində hər həftə günahsız insanların həlak olması faktına yönəldib.

Hazırkı "nə sülh, nə də müharibə" şəraitinin qəbuledilməz olduğunu bildirən Şura sədri bölgədə dayanıqlı sabitliyin bərqərar olması üçün münaqişənin yalnız dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət, eyni zamanda, beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməli olduğunu qeyd edib. A. Quliyev bu konsepsiyanı beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin də dəstəklədiyini bildirib.

Şura sədri ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun sonuncu təklif etdiyi yenilənən Madrid prinsiplərinin və ona uyğun olaraq hərtərəfli sülh sazişi üzərində işə başlamağın tərəfdarı olduğunu vurğulayaraq bunun hər iki tərəfin marağını təmin etdiyini deyib: "Hərtərəfli sülh sazişi praktiki tədbirlərin icrasını özündə əks etdirir. Bu proses müəyyən zaman çərçivəsində və əvvəlki prinsiplərə əsaslanaraq mərhələli şəkildə həyata keçiriləcək. Sənəd Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş 7 rayondan Ermənistan qoşunlarının çıxarılmasını və sərhədlər açıldıqdan sonra Dağlıq Qarabağda yaşayan ermənilərin və ora qayıdacaq azərbaycanlıların təhlükəsizliyinə təminat verərək sonuncu mərhələdə bölgənin hüquqi statusunun müəyyənləşdirilməsini özündə ehtiva edir. Lakin Ermənistan bu təklifi qəbul etməyib".

Münaqişənin həllini stimullaşdıracaq amil kimi Ermənistan və Azərbaycan arasında qarşılıqlı inamın bərpa olunması üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsini vacib saydığını söyləyən A.Quliyev rəsmi İrəvanın heç bir uyğun izah vermədən bu cür təmaslardan imtina etdiyini vurğulayıb. Şura sədri problemin həllinin danışıqlar yolu ilə mümkün olmadığını və hərbi yolu istisna etmək üçün beynəlxalq aləmin Ermənistana qarşı sanksiyalar tətbiq etməklə işğalçı dövlətin sülhə məcbur edilməsinin zəruriliyini qeyd edib.

Daha sonra konfransda ekspertlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnestryanı münaqişələr haqqında təqdimatları dinlənilib və mövzu ətrafında maraqlı müzakirələr olub. Azərbaycanlı ekspert Kamal Əliyev Dağlıq Qarabağ münaqişəsi, İsraildən olan ekspert Arye Gut isə Xocalı soyqırımı haqqında ətraflı məruzə ilə çıxış edib.

Konfransda Litvanın iki dəfə Baş naziri olmuş və hazırda əsas müxalifətin lideri Andrius Kubilius, Litva parlamentinin vitse-spikeri Gediminas Kirkilas, parlamentinin üzvü Mantas Adomenas mövzu ətrafında çıxış ediblər.

Qeyd edək ki, toplantıda Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Gürcüstanın səfiri Xatuna Salukvadze, Ukraynanın səfiri Valeri Zobtenko, Moldovanın səfiri İqor Klipi, ABŞ səfirinin müşaviri Meqan Kizor, millət vəkilləri, ölkənin tanınmış ekspertləri, QHT və KİV nümayəndələri iştirak edirlər.

Konfrans işini sabah, aprelin 12-də davam etdirəcək.

Bakıda yanğın olub
Bakıda yanğın olub
Bakıda minik avtomobili yanıb
Bakıda minik avtomobili yanıb
Cəbhəboyu ərazilərdə 200-dən çox partlamamış hərbi sursat və mərmi qalıqları aşkarlanıb
Cəbhəboyu ərazilərdə 200-dən çox partlamamış hərbi sursat və mərmi qalıqları aşkarlanıb
Loading Bars
Xəbər lenti
Cəlilabadda karantin qaydalarına riayət etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi (FOTO)
Uğurla gerçəkləşən xilaskarlıq missiyası: Qarabağı yalnız İlham Əliyev kimi qətiyyətli lider azad edə bilərdi
Düşmənin zərbə PUA-sı zərərsizləşdirilib (FOTO)
MDU-da “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktik seminar keçirilib (FOTO)
Bakıda yanğın olub
Bakı küçələri yenidən dezinfeksiya edilir
Bakıda minik avtomobili yanıb
Ermənistanın atdığı “Smerç” raketi yaşayış evinin həyətinə düşüb - Hikmət Hacıyev (VİDEO)
Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb - MN
Yaponiyada təxirə salınan olimpiadaya alınan biletlər geri ödəniləcək
ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarəsi qəzaya uğrayıb
Meksika mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı məqalə dərc olunub
Danimarka saat 22:00-dan sonra alkoqol satışını qadağan etdi
Ceyhun Bayramov ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri ilə Qarabağ münaqişəsini müzakirə edib
Fransada koronavirusa yoluxanların sayı milyonu keçdi
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
Türkiyədə koronavirusdan sağalanların sayı 311,5 mini keçib
Cəbhəboyu ərazilərdə 200-dən çox partlamamış hərbi sursat və mərmi qalıqları aşkarlanıb
Bolqarıstanda Gəncə hadisələri nəticəsində həlak olmuş insanları yad etmək məqsədilə guşə yaradılıb (FOTO)
Moskvada koronavirusdan ölənlərin sayı 6 312-ə yüksəlib
Aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edilib (VİDEO)
Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşüb
Hikmət Hacıyev: Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik
Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri məhv edilib (VİDEO)
Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir - MN
Arsenalımızda kifayət qədər zirehli texnikamız var - Müdafiə Nazirliyi
Paşinyan tərəfindən son dəqiqələrdə edilən cəhd qaçılmaz olanı dayandırmaq idi - Ceyhun Bayramov
Azərbaycan Ordusu Xankəndi və Xocavənd şəhərlərini atəşə tutmur - RƏSMİ
Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi barədə Ermənistanın yaydığı məlumat xülyadır - MN
Ombudsman Aparatının nümayəndəsi Beynəlxalq Miqrasiya Təşkilatının onlayn tədbirində iştirak edib
Dağlıq Qarabağda referendum keçirilməsi ermənilərin son ümidi idi - Millət vəkili
Tramp Dağlıq Qarabağla bağlı danışıqlarda vasitəçi kimi iştirak etdiyini bildirib
Ermənistanın Azərbaycana hücumları danışıqları mənasız edir - Deputat
Tallində yaşayan soydaşlarımız Gəncə terroruna etiraz edib
Ermənistan Azərbaycana qarşı ekoloji terror həyata keçirir - ŞƏRH
Azərbaycan xalqı bu gün tarixin yeni səhifələrini yazır - Səfir
Paşinyanın münaqişəyə Rusiyanı cəlb etmək ümidləri puç oldu - Rusiyalı politoloq
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
Qondarma kriminal xunta rəhbərinin Putinə məktubu etik normalardan kənardır - Tural Gəncəliyev
Türkiyənin tanınmış media qurumlarının təmsilçiləri Dövlət Komitəsində olub
Dağlıq Qarabağda referendum ermənilər üçün sonuncu arzu ola bilər - Deputat
XİN-in İşlər idarəsinin sabiq müdirinin həbs qətimkan müddəti uzadılıb
Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevirdə binalarda yeraltı qaraj mərtəbəsinin tikintisi stimullaşdırılır
İran əhalisi azərbaycanlı qardaş və bacılarının sevincinə şərikdir - Səfir
Ermənistan tərəfinin İranın Azərbaycan mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır - MN
XİN Ceyhun Bayramovun ABŞ Dövlət katibi ilə görüşünə dair məlumat yaydı
Ədliyyə naziri Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
Dünya vəkillərinə müraciət olundu
Düşmənin vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri iflasa uğrayıb - Anar Eyvazov
İndi Ermənistan rəhbərliyi daha məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır - Deputat
Prezidentə yazırlar: Sizə çox güvənirik və hər bir qərarınızı dəstəkləyirik
Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsində (VİDEO)
Ermənistan hökuməti alman deputatların Dağlıq Qarabağa səfərindən təbliğat məqsədləri üçün istifadə edir - Almaniya portalı
Qoşqar Təhməzli Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Ombudsman Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç brifinq keçiriblər (FOTO)
Ermənistanın atdığı "Elbrus" raketi hədəfə dəqiq vurmaq imkanına malik deyil - Ekspert
Milli Məclisin Sədri Türkiyənin “Daily Sabah” nəşrinə müsahibə verib
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Türkiyə mümkün olan hər şeyi edir - Ərdoğan
Vaşinqtonda Ceyhun Bayramovun Mayk Pompeo ilə görüşü keçirilib (FOTO)
Hitlerin nitqinin əlyazması hərracda 6 min avroya satılıb
Cəbrayıl rayonunun işğaldan azad edilən Minbaşılı kəndi (VİDEO)
Leonid Kuçma və Abraham Foksmandan Prezident İlham Əliyevə məktub gəlib
Ermənistan mülki obyektlərin içərisində raket qurğuları yerləşdirib - Litvalı jurnalist
Britaniya Lordlar Palatasının üzvü Ermənistanın Gəncəni atəşə tutmasını pisləyib
Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır - Deputat
Baş Prokurorluq erməni təxribatı nəticəsində ölən və yaralanan mülki şəxslərin statistikasını açıqladı
Bu ərazilərə giriş-çıxış dayandırılır - Nazirlər Kabineti
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib
Prezident İlham Əliyev: Qubadlının Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib
Ermənistanın mülki Azərbaycan əhalisini raket atəşinə tutmasının nəticələri ilə bağlı faktaraşdırıcı missiya bəyanat yayıb
Ermənistanın dinc Azərbaycan əhalisini hədəfə alması cinayətdir - Özbəkistan səfiri
Oktyabrın 26-da manatın dollara qarşı məzənnəsi
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Biz böyük qayıdışın astanasındayıq
Sahibə Qafarova TV24 telekanalına müsahibə verib
Qarabağ və ətraf rayonlardakı məktəbdənkənar təhsil müəssisələrinin statistikası açıqlanıb
Naqif Həmzəyev: Erməni terrorundan zərər çəkən Gəncə sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə edilib
Azərbaycanın İranla sərhəd ərazilərin işğaldan azad olunması iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək - Deputat
www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub (FOTO)
Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilib (VİDEO)
Arutyunyan Putinə yalvardı: Döyüşləri dayandırın
Anglo Asian Mining Plc – Bəyanat
25 müəssisədə koronavirusla bağlı qaydaların pozulduğu aşkarlanıb
BMT-də ədalətsiz bəyanatın qəbul edilməməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir
İranda 6 134 nəfər koronavirusa yoluxub
Türkiyə, Böyük Britaniya, İtaliya və Portuqaliyadan olan kinematoqraflar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
İsrail Azərbaycana humanitar yardım göndərib (FOTO)
Ramin Quluzadə İran İslam Respublikasının səfirinə Ermənistanın təcavüzkar siyasəti barədə danışıb
"Le Figaro": Paşinyanın vəziyyəti ümidsizdir
İqtisadiyyat Nazirliyində Latviya ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub (FOTO)
İƏT Baş katibindən Azərbaycana dəstək
İnternetdə paylaşılan qeyri-rəsmi hərbi məlumatlar hərbçilərimizin həyatı üçün ciddi risklər yaradır - RƏY
İşğal olunmuş ərazilərdə 260 min hektar unikal meşə sahələri vəhşicəsinə istismar olunub
Pandemiya şəraitində sosial-iqtisadi məsələlər daim diqqət mərkəzində saxlanılır - Əli Əhmədov
Bakıda karantin qaydalarına əməl etməyən şəxslərə qarşı növbəti reyd keçirilib (FOTO)
İsrailin Azərbaycandakı Səfiri Mingəçevirdəki elektrik stansiyalarında olub (FOTO)
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinə muzdlu döyüşçülər gətirib - QHT-lərin müraciəti
15 hoteldə koronavirusla bağlı tələblərin pozulması faktları aşkarlanıb
Döyüşlər bitənə qədər hərbi məlumatları paylaşmayaq - MM Sədr müavini müraciət etdi
Bütün xəbərlər