...

Ann Brasör: AŞPA Azərbaycanın ərazi bütovlüyünə dair birmənalı mövqe tutur (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2014 09:41 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın ərazi bütövlüyünə dair birmənalı mövqe tutur.
Ann Brasör: AŞPA Azərbaycanın ərazi bütovlüyünə dair birmənalı mövqe tutur (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.Əliyev/

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın ərazi bütövlüyünə dair birmənalı mövqe tutur. Trend-in məlumatına görə, bu barədə AŞPA rəhbəri Ann Brasör cümə günü Bakıda Assambleyanın Daimi Komitəsinin iclasında bildirib.

O deyib: "Ərazi bütövlüyü prinsipi əsas dəyərlərdən biridir və biz onu təkcə hazırda aktual olan Ukrayna məsələsi ilə bağlı deyil, Azərbaycanla bağlı da qəbul edirik. AŞPA və Avropanın bütün strukturları bu dəyərlərə sadiq olmalıdırlar. AŞPA artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı münasibətini bildirib, müvafiq qətnamə qəbul edib və Azərbaycanın ərazi bütövlüyünü qəbul edib".

Onun sözlərinə görə, Azərbaycan və Ukrayna ərazi bütövlüyü təhlükə altında olan yeganə ölkələr deyillər: "Mən Avropa ərazisində mövcud olan bütün "dondurulmuş münaqişələr" barədə danışıram. Ukraynaya gəldikdə, AŞPA orada prezident və bələdiyyə seçkilərinin keçirilməsindən sonra bu ölkədəki vəziyyətin müzakirəsinə qayıdacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti