...

Milli Qəhrəmanın xatirəsi xidmət etdiyi cəbhə bölgəsindəki hərbi hissədə yad edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2014 17:39 (UTC +04:00)
Azərbaycan Milli Qəhrəmanı Şikar Şükür oğlu Şikarovun 22 il öncə iyun ayının 13-də Azərbaycanın ərazi bütövlüyünün qorunması, işğal edilmiş torpaqların azad olunması uğrunda döyüşlərdə şəxsi şücaət və rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmışdır.
Milli Qəhrəmanın xatirəsi xidmət etdiyi cəbhə bölgəsindəki hərbi hissədə yad edilib (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycan Milli Qəhrəmanı Şikar Şükür oğlu Şikarovun 22 il öncə iyun ayının 13-də Azərbaycanın ərazi bütövlüyünün qorunması, işğal edilmiş torpaqların azad olunması uğrunda döyüşlərdə şəxsi şücaət və rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Qəhrəmanın şəhid olduğu gün onun vaxtilə xidmət etdiyi cəbhə bölgəsindəki hərbi hissədə yad edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xatirə mərasimdə Müdafiə Nazirliyinin, Veteran təşkilatlarının, SHXÇDX-nin əməkdaşları, eləcə də, Milli Qəhrəmanın ailə üzvləri iştirak ediblər.

Mərasimi Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani açaraq şəhid Milli Qəhrəmanın Vətənə xidmət peşəsinə həsr etdiyi həyat yolundan və igidliklərindən söhbət açaraq bildirmişdir ki, hazırda Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verir.

Mərasimdə Ş.Şikarovun silahdaşları, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Bayrağı Ordenli, ehtiyatda olan polkovnik-leytenant Nizami Heydərov, ehtiyatda olan zabitlər Pənah Məmmədov, Fəqan Qurbanov, Tərtər rayon Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Suliddin Usibov və I qrup Qarabağ müharibəsi əlili, Şikarın yaxın dostu İlham Mustafayev və başqaları çıxış ediblər.

Ş.Şikarovun xatirəsinə təsis edilən mükafat qəhrəmanın vaxtilə xidmət etdiyi hərbi hissənin xidmətdə fərqlənən və döyüş hazırlığında xüsusi uğurlar qazanmış kapitan İntiqam Əmirova SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimovun adından Tərtər şöbəsinin rəisi polkovnik-leytenant Rafiq Qədirov tərəfindən təqdim edilib.

Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının ifasında "Şəhidlər ölməz, Vətən bölünməz" mövzusunda ədəbi kompozisiya təqdim olunub.

Mərasimin sonunda Milli Qəhrəmanın oğlu Faiq, qardaşları Mirzə və Ramiz Şikarovlar qəhrəmanının adını əziz tutduqlarına və xatirəsinə yüksək səviyyəli xatirə mərasimi təşkil etdiklərinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına ailələri adınadan minnətdarlıqlarını bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti