...

Müdafiə Nazirliyi: Cəbhədə atəşkəs rejimi ümumilikdə 33 dəfə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2014 12:07 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Müdafiə Nazirliyi: Cəbhədə atəşkəs rejimi ümumilikdə 33 dəfə pozulub

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 33 dəfə pozulub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Kəngərli, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti