...

Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterləri cəbhə bölgəsində uçuşlar həyata keçirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Avqust 2014 12:11 (UTC +04:00)
Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterlər bu dəqiqələrdə cəbhə bölgəsində uçuşlar həyata keçirir.
Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterləri cəbhə bölgəsində uçuşlar həyata keçirir

Azərbaycan, Bərdə, 4 avqust /Trend, müxbir Ayxan Həsənov/

Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterlər bu dəqiqələrdə cəbhə bölgəsində uçuşlar həyata keçirir.

Trend-in bölgə müxbirinin verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin təyyarə və helikopterləri cəbhənin Ağdam və Tərtər istiqamətində uçuşlar həyata keçirərək dövriyyə vururlar.

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digır kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hazırda cəbhə xəttində vəziyyət gərgin olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti