Azərbaycan, Bakı, 7 avqust/Trend/
ATƏT-in Minsk qrupu Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü keçirmək təşəbbüsünü alqışlayır. Trend-in məlumatına görə, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" səhifəsində yazıb.
O bildirib: "Biz Putinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü keçirmək təşəbbüsünü alqışlayırıq. Biz atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq".
Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü avqustun 8-9-da Soçidə baş tutacaq.