...

Moskvada Qarabağda şəhid olmuş hərbçilərimizin xatirəsi anılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2016 19:21 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfirliyində Qarabağda şəhid olmuş zabit və əsgərlərimizin xatirəsinə həsr olunuş anım tədbiri keçirilib.
Moskvada Qarabağda şəhid olmuş hərbçilərimizin xatirəsi anılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Azərbaycanın Rusiyadakı səfirliyində Qarabağda şəhid olmuş zabit və əsgərlərimizin xatirəsinə həsr olunuş anım tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edib. Azərbaycan torpaqlarının uzun illərdir erməni işğalı altında olduğunu deyən P.Bülbüloğlu bildirib ki, Azərbaycan bu müddət ərzində problemin sülh yolu ilə həllinə çalışsa da, Ermənistanın siyasi rəhbərliyi bu danışıqlardan yayınır, ermənilər təxribatlar törətməkdə davam edir: "Düzdür, erməni təxribatının qarşısını almaq bizim tərəfdən də itkisiz ötüşməyib, şəhidlərimiz var. Amma ayrı çıxış yolumuz yoxdur. Şəhid olmasa, vətən olmaz. Neçə illərdir, danışıqlar gedir. Bu günlərdə Prezident İlham Əliyev bir daha bəyan etdi ki, biz bu məsələni sülh yolu ilə həll etməyə hazırıq. Lakin nə qədər bu cür təxribatlar olacaq, Azərbaycan Silahlı Qüvvələri bir o qədər düşmənə layiqli cavabını verəcək".

Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu deyən P.Bülbüloğlu bildirib ki, Silahlı Qüvvələrimizin buna kifayət qədər gücü çatır: "Artıq bizim ordumuz buna qadirdir və öz sözünü deyə bilir. Bu günlərdə Rusiyada yaşayan azərbaycanlılar bu xəbərləri çox böyük ruh yüksəkliyi ilə qəbul edirlər. Həmvətənlərimiz bizə müraciət edir, könüllü olaraq Qarabağa vuruşmağa getməyə hazır olduqlarını bildirirlər. Lakin Azərbaycanın müdafiə naziri elan edib ki, hələ buna ehtiyac yoxdur. Azərbaycan Ordusu öz vəzifələrini layiqincə yerinə yetirir, ona görə də buna hələ lüzum yoxdu. Harada yaşamasından, nə işlə məşğul olmasından asılı olmayaraq, Qarabağ problemi azərbaycanlılar üçün yad ola bilməz. Bu gün də mən burada, Rusiyada Qarabağ probleminə həssas yanaşmanın şahidi oluram. Doğrudan da Rusiyada yaşayan azərbaycanlılar Qarabağ uğrunda canlarından keçməyə hazırdırlar. Mən Rusiyada yaşayan bütün azərbaycanlılara təşəkkürümü bildirirəm. Çox sağ olun ki, dəstək olursunuz. Allah şəhidlərimizə rəhmət eləsin. Onların adı qəlbimizdə, Azərbaycan xalqının yaddaşında daim qəhrəman kimi yaşayacaq. Bir qarabağlı olaraq istərdim ki, həmin şəhidlərimizin qanı yerdə qalmasın, Azərbaycan qələbə çalsın, o gün olsun ki, Şuşada, Cıdır düzündə belə görüşlər keçirək".

Tədbirdə Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti