...

Azərbaycandakı hərbi attaşelərə ermənilərin atəşkəsi aramsız pozması ilə bağlı materiallar təqdim olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2016 15:32 (UTC +04:00)
Hərbi attaşelərin Bakı Assosiasiyası üzvlərinin növbəti toplantısı olub.
Azərbaycandakı hərbi attaşelərə ermənilərin atəşkəsi aramsız pozması ilə bağlı materiallar təqdim olunub

Bakı. Trend:

Aprelin 26-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Bakı şəhərindəki Assosiasiyasının növbəti toplantısı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda Assosiasiyanın daxili məsələləri müzakirə olunub və bir sıra qərarlar qəbul edilib.

Bundan əlavə, Assosiasiyanın üzvlərinə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki cari vəziyyət barədə danışılıb, Ermənistan silahlı bölmələri tərəfindən atəşkəs rejiminin aramsız pozulmasını əks etdirən materiallar, eləcə də məsələyə dair Azərbaycan hökumətinin rəsmi mövqeyi və Müdafiə Nazirliyinin məlumatı təqdim olunub.

Müdafiə nazirinin təsdiq etdiyi Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin 2016-cı il üçün Tədbirlər Planına əsasən, növbəti fəaliyyətlərin həyata keçirilməsinin gedişi müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti