...

Azərbaycan ATƏT-i uzanmış münaqişələrin həllinə daha çox diqqət ayırmağa çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 May 2016 16:55 (UTC +04:00)
ATƏT regionda təhlükəsizlik təhdidləri ilə mübarizəyə daha çox səy göstərməlidir.
Azərbaycan ATƏT-i uzanmış münaqişələrin həllinə daha çox diqqət ayırmağa çağırıb

Bakı. Anaxanım Hidayətova - Trend:

ATƏT regionda təhlükəsizlik təhdidləri ilə mübarizəyə daha çox səy göstərməlidir.

Trend-in xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinin təşkilatın Daimi Şurasının növbəti görüşündə yaydığı bəyanatda deyilir.

Bəynatda deyilir ki, uzadılmış münaqişələr ATƏT məkanında ən böyük təhlükə olaraq qalır və ciddi problemlər yaradır: "ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan yeganə beynəlxalq təşkilatdır, buna görə də təşkilat münaqişənin həllinə prioritet kimi baxmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti