...

Uorlik: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda müsbət anı qorumaq lazımdır (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Avqust 2016 12:21 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda müsbət anı qoruyub saxlamaq lazımdır.
Uorlik: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda müsbət anı qorumaq lazımdır  (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 11:57-də yayımlanıb.

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda müsbət anı qoruyub saxlamaq lazımdır.

Bunu Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Diplomatın sözlərinə görə, ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun davam etdiriməsi tərəfdarıdır.

C.Uorlik həmçinin qeyd edib ki, həmsədrlər iki ölkə rəhbərinin növbəti görüşünün təşkil edilməsi imkanını öyrənirlər.

Amerikalı həmsədr bildirib: "Hazırda regiona səfərimizlə bağlı müəyyən bir plan yoxdur. Lakin prezidentlərin növbəti görüşünün hazırlanması üçün daim tərəflərlə təmasdayıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti