...

The Daily Caller: İşğal olunmuş ərazilərə səfər etmiş konqresmenlər Azərbaycanın qanunlarını pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2017 17:01
ABŞ Konqresinin üzvləri David Valadao, Frenk Pallone və Tulsi Gebrd Azərbayacanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək ABŞ-ın müttəfiqi Azərbaycanın qanunlarını kobud şəkildə pozublar
The Daily Caller: İşğal olunmuş ərazilərə səfər etmiş konqresmenlər Azərbaycanın qanunlarını pozub

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ Konqresinin üzvləri David Valadao, Frenk Pallone və Tulsi Gebrd Ermənistan tərəfindən işğal olunmuş ərazilərə qanunsuz səfər edərək ABŞ-ın müttəfiqi Azərbaycanın qanunlarını kobud şəkildə pozublar.

Trend-in məlumatına görə, bunu Raul Loueri Kontreras “The Daily Caller” qəzetində dərc olunan məqaləsində yazıb.

Əgər konqresmenlər bu addımlarını Ermənistanla iqtisadi və mədəni əlaqələri yaxşılaşdırmaq məqsədilə atdıqlarını bəyan etsələr, bu sözlərə çətin ki, kimsə inansın. Belə ki, Mərkəzi Kəşfiyyat İdarəsinin informasiya bülletenində dünya iqtisadiyyatları sırasında Ermənistan 138-ci yerdə qərarlaşıb və Zimbabvedən (133), Papua-Yeni Qvineyadan (134) geri qalır.

Bundan başqa məqalədə qeyd olunur ki, Konqres üzvlərinin Azərbaycanın hər hansı bir ərazisinə icazəsiz səfər etməməsi üçün bir sıra tutarlı səbəblər var: Dağlıq Qarabağ Azərbaycanın hissəsidir; bu regiona Azərbaycanın icazəsiz olmadan səfər etmək “qara siyahı”ya salınmağa səbəb olur; Azərbaycan ABŞ-ın hərbi müttəfiqidir, Ermənistan isə yox.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti