Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan alimləri torpaqlarımızın erməni işğalından azad edilməsi zamanı əldə edilən qələbələr barədə ciddi elmi araşdırmalar yazaraq ortaya qoymalıdırlar.
Bunu Trend-ə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmləri doktoru Paşa Kərimov deyib.
Onun sözlərinə görə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan hərbi əməliyyatlar mütləq bizim qələbəmiz, torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələnəcək:
Bu qələbə yürüşünün özünün tarixi olduğunu vurğulayan P.Kərimov qeyd edib ki, əks-hücum əməliyyatına hazırlıq və əməliyyatın həyata keçirilməsi zamanı nümayiş etdirdiyi müdriklik, hazırcavablıq, qətiyyət, iradə, istənilən vəziyyətdə yeganə düzgün çıxış yolunu tapmaq qabiliyyəti Prezident İlham Əliyevi tariximizin ən görkəmli dövlət başçılarından, sərkərdələrindən biri kimi dəyərləndirməyə imkan verir:
"Prezident İlham Əliyev Azərbaycanı XXI əsrdə bütün sınaqlardan keçərək qələbədən-qələbəyə aparmağa qadir olan güclü bir lider, Ali Baş Komandandır. Bu qələbə yürüşünün bünövrəsi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkədəki hərc-mərcliyin aradan götürülməsi, beynəlxalq neft müqavilələrinin bağlanılması, stabil, dayanıqlı inkişaf edən dövlətin qurulması ilə qoyuldu. Xalqımızın böyük uğuru, xoşbəxtliyi onda oldu ki, ulu öndərin yolunun ən sadiq davamçısı İlham Əliyev xalqımız tərəfindən Prezident seçildi. O, məhz dəqiq müəyyən etdiyi bir yolla vətənimizi qələbəyə doğru aparır".