...

Niyə beynəlxalq təşkilatlar uşaqların öldürülməsinə göz yumur?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2020 11:54 (UTC +04:00)
Niyə beynəlxalq təşkilatlar uşaqların öldürülməsinə göz yumur?

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistanın mülki əhalini, o cümlədən uşaqları atəşə tutması bütün dünya ölkələri tərəfindən pislənməlidir.

Bunu Trend-ə Azərbaycan Uşaq Hüquqları Müdafiə Liqası İctimai Birliyinin sədri Yusif Bəkirov deyib.

Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə işğal altında olduğunu xatırladan Y.Bəkirov əlavə edib ki, Cenevrə Konvensiyasına və Uşaq Hüquqları haqqında BMT Konvensiyasına qoşulmasına baxmayaraq, ötən müddətdə bir çox dövlətlər Ermənistanın dinc əhalini, o cümlədən uşaqları atəşə tutmasına və öldürməsinə göz yumublar.

Y.Bəkirov qeyd edib ki, bu gün Azərbaycanın apardığı haqq müharibəsinə beynəlxalq aləm səs vermir:

"Təəssüf olsun ki, bu konvensiyalara qoşulan bəzi ölkələr ermənilərin işğalçılıq siyasətinə dəstək verir, bəziləri isə susur. Uşaq Hüquqları Haqqında Konvensiyada deyilir ki, hər bir uşağın yaşamaq hüququ var. Bu hüququ da hər bir dövlət qorumalıdır. Müharibə şəraitində dinc əhali atəşə tutulmaz. Ancaq Ermənistan beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur, dinc əhalini atəşə tutur. Ermənistanın cəbhə zonasından uzaqda olan Mingəçevir və Gəncəni atəşə tutmaqda da əsas məqsədi dinc əhalini qətlə yetirməkdir. Çox təəssüfləndirici hal odur ki, beynəlxalq aləm ağzına su alaraq, susur, danışmır. Sual olunmalıdır: Niyə susursuz?! Əgər ölkələr beynəlxalq konvensiyalara qoşulmaqla, üzərlərinə öhdəlik götürüblərsə, niyə ona əməl etmirlər? İşğalçıların işğal siyasətinə, günahsız uşaqların öldürülməsinə göz yumurlar, buna qarşı çıxmırlar?".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti