...

Ermənistanın zenit qurğusu sıradan çıxarıldı (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2020 12:14 (UTC +04:00)
Ermənistanın zenit qurğusu sıradan çıxarıldı (VİDEO)

Bakı. Trend:

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.

Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəfləri və canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti