...

Şuşanın azad edilməsi Prezident İlham Əliyevin liderliyi və Azərbaycan ordusunun rəşadəti sayəsində mümkün oldu - Rob Sobhani

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Noyabr 2020 12:46 (UTC +04:00)
Şuşanın azad edilməsi Prezident İlham Əliyevin liderliyi və Azərbaycan ordusunun rəşadəti sayəsində mümkün oldu - Rob Sobhani

Bakı. Ləman Zeynalova - Trend:

Şuşanın erməni işğalından azad edilməsi Prezident İlham Əliyevin liderliyi və Azərbaycan ordusunun rəşadəti sayəsində mümkün oldu.

Bunu Trend-ə amerikalı ekspert, “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.

Onun sözlərinə görə, ərazilərin işğaldan azad edilməsində uğurların səbəblərindən biri Azərbaycan Prezidentinin uzun illər ərzində diplomatiya sahəsində gördüyü işlər olub.

Ekspert hesab edir ki, Ermənistanın təslim olmaq və dayanıqlı sülh barədə razılaşma imzalamaqdan başqa seçimi yoxdur.

O əlavə edib ki, Azərbaycanın qarşısında azad edilmiş ərazilərin bərpası üçün beynəlxalq investorların cəlb edilməsi tapşırığı dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti