...

Şuşanın işğaldan azad olunması Münhendə qeyd olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2020 12:42 (UTC +04:00)
Şuşanın işğaldan azad olunması Münhendə qeyd olunub (FOTO)

Bakı. Trend:

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Münhendə yaşayan azərbaycanlılar Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri, Qarabağın incisi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə avtoyürüş təşkil ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, həmvətənlərimiz hər zaman, o cümlədən müzəffər Azərbaycan ordusunun qələbə salnaməsi yazdığı bu günlərdə daimi Azərbaycanın yanında olduqlarını bildiriblər.

Avtoyürüşün sonunda iştirakçılar “Şuşa Qarabağdır!” “Qarabağ-Azərbaycandır!” şüarları səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti