...

Ottovada Şuşanın işğaldan azad olunması ilə bağlı aksiya keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2020 15:10 (UTC +04:00)
Ottovada Şuşanın işğaldan azad olunması ilə bağlı aksiya keçirilib

Bakı. Trend:

Kanadada yaşayan azərbaycanlılar Ottova şəhərində “Parliament Hill” binası qarşısında toplaşaraq Şuşanın işğaldan azad olunmasını çoşqu ilə qeyd ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, meydana toplaşan həmvətənlərimiz bildiriblər ki, Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin işğaldan azad olunması Ali Baş Komandanımızın müdrik siyasətinin, rəşadətli ordumuzun gücünün və xalqımızın əzminin göstəricisidir.

Bu, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Vətəndən uzaqda yaşayan azərbaycanlılar bundan sonra da Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini Kanada ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Azərbaycan, Türkiyə və Kanada bayraqlarının dalğalandırıldığı tədbirdə “Stop Armenian aggression”, “Pray For Ganja” və s. yazılmış plakatlar nümayiş etdirilib, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” kimi şüarlar səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti