...

Münhendə qələbə münasibəti ilə avtoyürüş keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Noyabr 2020 12:30 (UTC +04:00)
Münhendə qələbə münasibəti ilə avtoyürüş keçirilib (FOTO)

Bakı. Trend:

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Səttar Kərimovun təşəbbüsü və Münhendə yaşayan azərbaycanlıların iştirakı ilə Qarabağdakı tarixi qələbəmiz münasibətilə Münhen şəhərinin mərkəzi küçələrində avtoyürüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, üzərində üçrəngli Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən soydaşlarımız 30 illik işğala son qoyulmasını, qısa vaxtda qazandığımız tarixi qələbəni qürurla qeyd ediblər. Diqqətə çatdırılıb ki, bu qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, müzəffər Azərbaycan ordusunun şücaətinin və xalqın birliyinin nəticəsidir.

Tədbir iştirakçıları xalqımıza sonsuz sevinc hissini yaşadan hər kəsə minnətdarlığını bildirib və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti