...

TUSİAB-IN ÜZVLƏRİ BAŞ NAZİR RƏCƏB TAYYİB ƏRDOĞANA ŞİKAYƏTLƏNDİLƏR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2005 16:22 (UTC +04:00)

İyunun 30-da "Hyat Recensy" mehmanxanasında Türkiyə iş adamları və sənayeçiləri birliyinin üzvləri (TUSİAB) baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşdə Azərbaycanda gömrük və vergi sahəsində, eləcə də digər sahələrdə çətinliklərin mövcüd olması haqda şikayətlənmişlər.

Trend xəbər verir ki, TUSİAB üzvlərini ən çox narahat edən məsələ gömrük və vergi sahəsində, eləcə də digər sahələrlə bağlı olmuşdur.

Türk iş adamlarının sözlərinə görə, eyni adda məhsulun Türkiyədən Azərbaycana gətirilməsində qiymətlər digər ölkələrdən Azərbaycana daşınan mallardakı fərqlərdən 3-5 dəfə artıqdır ki, bu da bazarda türk mallarının rəqabətə dözümlülüyünü azaldır.

Türk şirkətlərinin Azərbaycanda inşaat sektoruna 360 milyon dollar investisiya yatırdığını qeyd edən TUSİAB-ın tikinti şöbəsinin rəhbəri Yusif Sina, hazırda Azərbaycanda çalışan türk şirkətlərində 6 min işçinin çalışdığını bildirmişdir.

Onun sözlərinə görə hazırda Azərbaycanda tikinti işi aparmaq üçün böyük həcmdə haqq tələb olunur ki, bu da şirkət rəhbərlərində böyük narazaılıq yaradır. O, həmçinin şirkət tərəfindən aparılan tikinti başa çatdıqdan sonra həmin mənzillərin 10%-nin bələdiyyələrin ixtiyarına verilməsinin tələb olunmasına da öz etirazını bildirmişdir. Görüşdə çıxış edən digər TUSİAB üzvləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən şirkətlərin rəhbərləri vergi və gömrük rüsumlarının azaldılması, eləcə də bəzi bürokratik əngəllərin aradan qaldırmasının vacibliyini vurğulamışdır. Çıxışlarda baş nazir R.T.Ərdoğanın dəstəklədiyi "Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsinin gerçəkləşdirilməsinin bəzi problemlərinin aradan qaldırılmasına şərait yaradacağı vurğulanmışdır. Qeyd edilib ki, TUSİA Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. İndiyədək quruma üzv olan şirkətlər tərəfindən Azərbaycana 2 milyard dollara yaxın investisiya qoyulmuşdur. Bu şirkətlərin Azərbaycanda açdığı müəssisələrdə 50 min işçi çalışmaqdadır. Görüşün sonunda TUSİAB-ın idarə heyətinin sədri Batacar Baysal baş nazir R.T.Ərdoğanın qurumun fəxri üzvü seçildiyini bildirən diplom təqdim etmişdir. O, həmçininTürkiyə baş nazirinin Azərbaycana ilk rəsmi səfəri münasibətilə köhnə Bakının panoramasını əks etdirən tablo hədiyyə etmişdir.

Xəbər lenti

Xəbər lenti